+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 83 Müəllif: Vivo-Book 1 ay əvvəl
    Gunahin acisi
    0



    • Gunahin acisi
      İnsan yaradılış etibarilə günah işləməyə meyillidir. Həzrət Adəmin Cənnətdə olarkən Allah-Təalanın əmrini unudaraq zəlləyə düşməsi, sonra da tövbə edib bağışlanma diləməsi bizə günahlardan arınma yolunu göstərir.

      Günah mənəvi boşluq, bir təzad və yaradılışın ziddinə get­məkdir. Günah işləyən bir insan özünü vicdan əzabının və qəlb sı­xıntısının qoynuna atmış bir bədbəxt, bütün ruhi-mənəvi qabi­liyyətlərini şeytana satmış bir zavallıdır. Üstəlik insan həmin günahı işləməkdən əl çəkməzsə, ixtiyarı tamam əldən verər; nə günahlara müqavimət göstərməyə iradəsi, nə də özünü toparlamağa gücü qalar. Günahlar insanın ruhuna bulaşan mənəvi kirlərdir. Vücudumuzun kirini su ilə təmizlədiyimiz kimi, günahlarla kirlənmiş mənəviyyatımızı da tövbə ilə təmizləyirik. Tövbə arınma və təmizlənmə yoludur.

      İnsan mələk kimi yaradılmamışdır. Mələklər Allah-Təalanın bütün əmrlərini qüsursuz yerinə yetirirlər. İnsan isə mahiyyət eti­barilə mələklərdən də üstün səviyyəyə yüksələ bilər. Yəni insan Allah qatında mələklərdən də yüksək məqamlara ucala bilər.

      İnsan üçün əsl qayə axirət səadətidir. Mömin mənəvi səviyyə­sinə görə bu yolda ya şeytanın, ya da nəfsin hiylələri ilə üz-üzə gəlir. Allah Rəsulu şəfaət hədisində bütün peyğəmbərlərin aqi­bət­lərindən narahat olduğunu bildirir. Bütün peyğəmbərlər işlədikləri zəllədən bəhs edəcək, buna görə də insanlara vasitəçilik edə bilməyəcəklərini deyəcəklər. Təkcə Kainatın Fəxri Həzrət Məhəmməd (s.a.s.) qiyamətin o çətin anlarında bəşərin əlindən tutacaq, onların əfvi üçün Allah-Təalaya yalvaracaqdır. Peyğəmbərimiz haqqında Qurani-Kərimdə belə buyurulur: “Allah (bununla) Sənin keçmiş və gələcək günahlarını bağışlayar!


      gunahin-acisi.pdf [3,02 Mb] (Yüklənilib: 22)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.