+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 72 Müəllif: Vivo-Book 1 ay əvvəl
    Səbuhi Əhmədov - Azərbaycan tarixindən 100 şəxsiyyət
    0



    • Səbuhi Əhmədov - Azərbaycan tarixindən 100 şəxsiyyət
      Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur. Onların hər birinin həyatı, yaradıcılıq yolu bugünkü nəslə örnək ola bilər. Elə bu kitabı da yazmaqda məqsəd vətənimizin görkəmli şəxsiyyətləri barədə danışmaq, Azərbaycanın keçmişini bu tarixi şəxsiyyətlərin həyat və yaradıcılığı prizmasından göstərməkdir.
      Topluya Azərbaycanın qədim keçmişindən ən yeni tarixədək keçdiyi uzun və keşməkeşli yolda izlərini qoymuş şəxiyyətlər haqqında yığcam məlumatlar daxil edilmişdir. Elə şəxsiyyətlər haqqında ki tarixi hadisələrdə bilavasitə iştirak edib-etməmələrindən asılı olmayaraq əməlləri ilə onların gedişinə təsir göstərmişlər. Sultanlar və şahlar; üsyançılar və inqilabçılar; sərkərdələr və məmurlar; rəssamlar və ailmlər; həkimlər və şairlər; fbəstəkarlar və xeyriyyəçilər - bu insanların oxucu qarşısında canlandırılan taleləri Azərbaycanın tarixini əyani surətdə təsəvvür etməyə imkan verir.
      İşə təzə başladıqda tərəfimizdən topluya adları salınacaq tarixi şəxsiyyətlərin geniş siyahısı tərtib edilmiş və bu siyahıda yüzlərcə (!) görkəmli şəxsiyyətimizin adları qeyd olunmuşdu. İş prosesində biz tez-tez unudulmaz alim, gözəl insan, professor Əkrəm Cəfərin bu sözlərini xatırlayırdıq: "İnsanın ata-anası olmayanda ona yetim deyirlər. Daha böyük fəlakətdir ki, millət yetim qalsın. Yetim millət kimə deyərlər? Öz tarixini bilməyən millətlər yetimdir. Öz dahilərindən, böyük adamlarından xəbərsiz yaşayanlar yetim hesab edilir. Biz elə xalqıq ki, böyük dahilər, dünya miqyasında şöhrət tapan adamlar yetirmişik, amma başqa millətlər onlara sahib olmaq istəyiblər"….





    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.