+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 141 Müəllif: Vivo-Book 3 həftə və 3 gün əvvəl
    Antuan de Sent Ekzuperi - Balaca Şahzadə
    1



    • Antuan de Sent Ekzuperi - Balaca Şahzadə
      Balaca şahzadə (fr. Le Petit Prince) — Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri, alleqorik hekayə. İlk dəfə 6 aprel 1943-cü ildə Nyu-Yorkda çap olunub.
      Balaca şahzadə B-612 asteroidinin üstündə, Balaca şahzadə muzeyi, Hakone, Yaponiya (2007)
      Kitabda şəkilləri Ekzüperi özü çəkib. Bu illüstrasiyalar kitabın özü qədər məşhurdurlar, müəllifin özü və baş qəhrəmanlar tez-tez şəkillərə müraciət edir və hətta mübahisə edirlər. Unikal şəkillər hamıya aydın olan universal vizual leksikonun bir hissəsi olur və dil baryerini aradan qaldırırlar.
      "Bütün böyüklər uşaq olublar, amma bunu hamısı xatırlamır" – kitabın proloqu.



      Tülkü susdu və uzun-uzadı Balaca Şahzadəyə baxdı:
      – Nə olar, əhliləşdir məni...
      – Mən də çox istəyirəm, – Balaca Şahzadə dedi,– amma mənim bir elə vaxtım yoxdur. Hələ neçə-neçə dost tapmalı, neçə-neçə yeni şeylər öyrənməliyəm...
      – Yalnız əhliləşdirdiyin şeyləri tanıya bilərsən. İnsanların nəyisə öyrənməyə vaxtları yoxdur. Onlar həmişə dükanlardan hazır malı almağa həvəslidirlər. Ancaq bu dünyada elə bir dükan yoxdur ki,orda dost satsınlar, bəlkə, elə buna görə də insanların artıq dostları yoxdur.
      Dostun olmasını istəyirsənsə, çox xahiş edirəm, məni əhliləşdir.



      antuan-de-sent-ekzuperi-balaca-sehzade.pdf [567,6 Kb] (Yüklənilib: 85)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.