+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 86 Müəllif: Vivo-Book 3 həftə və 2 gün əvvəl
    Vermərəm, Atamın goruna and olsun ki, Vermərəm
    0





    • Ağa Musa Nağıyev 1848-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olmuşdur. Onun atası saman satmaqla məşğul idi. İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edir. 25 yaşına çatanda atası ölür. Öləndə atasının 300 manat borcu qalır. Ruhdan düşməyən Musa 200 manat da borc eləyib, özünə kiçik bir dükan açır. Beləliklə cibində bir qəpik olmadan 500 manat borcla müstəqil fəaliyyətə başlayır. İki ildən sonra borcunu qaytarır və parça alveriylə məşğul olur. 5 ildən sonra 2 000 manat qənaət toplayır. Topladığı pula Qara şəhərdə əl ilə işləyən kiçik bir kerosin zavodu alır. Sonra neftli torpaq sahələri alaraq neft istehsalına başlayır. Xüsusilə Bibiheybətin mədənlərində bir-birinin dalınca vuran neft fontanları başqaları kimi onu da milyonçu edir. 1908-ci ildə onun şirkəti rekord miqdarda - 12 328 300 pud xam neft istehsal edir. Bu Azərbaycanın neft şirkətləri arasında ən yüksək göstəricidir.
      O, müsəlman arvadını boşayıb, Yelizaveta Qriqoryevna adlı bir gürcü qadınla evlənir. Müsəlman arvadından olan İsmayıl adlı oğlu vərəm xəstəliyinə tutulur və ölür. İstiqlaliyyət küçəsində tikdirdiyi bina da İsmayılın xatirəsinə "İsmailiyyə" adlandırılır. 1914-cü ilin maliyyə hesabına görə Ağa Musa Nağıyevin qızılla yetmiş milyon manata yaxın tanxası varmış. Mirasın ümumi dəyəri bundan qat-qat çox imiş.
      Ağa Musa Nağıyev 1919-cu ilin mart ayında vəfat etmişdir.





    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.