+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 237 Müəllif: Vivo-Book 3 həftə və 2 gün əvvəl
    Lev Nikolayeviç Tolstoy - Anna Karenina
    0



    • Lev Nikolayeviç Tolstoy - Anna Karenina
      Lev Nikolayeviç Tolstoy (rus. Лев Николаевич Толстой; 9 sentyabr, 1828 – 20 noyabr, 1910) — rus yazıçı, publisist və filosof.
      Yazdığı "Hərb və Sülh" və "Anna Karenina" əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaratmışdır. XIX əsr rus cəmiyyətinin realistik mənzərəsini canlandıran bu iki əsər realist roman janrının yüksək zirvəsində qərar tutur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə – "Allahın səltənəti qəlbimizdədir" (rus. "Царство Божие внутри нас") XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir.
      Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

      Çox mübahisələrə səbəb olmuş məşhur roman. Müəllif bir evin, bir ailə­nin problemindən başlayır və bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxu­nur.
      Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında ro­man. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma o heç nəyə bax­madan bunların hamısından imtina edir! O özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir.

      Anna Karenina obrazı çox ziddiyyətlidir. Həyatı alt-üst olduğu üçün oxu­cunun ona yazığı gəlir, oynaşından ötrü öz oğlunu atdığı üçünsə oxucu ona nifrət edir.


      lev-nikolayevi-tolstoy-anna-karenina.pdf [3,96 Mb] (Yüklənilib: 98)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.