Vivo-Book

Əlibala Hacızadə - Əsərləri (5 cild)

449    0    
Əlibala Hacızadə - Əsərləri (5 cild)
Hacızadə Əlibala Qüdrət oğlu — nasir, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır (1953-1958). Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır (1958). Əfqanıstanda mütərcimlik etmişdir (1966-1970).

Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləmiş (1976-cı ildən) və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışmışdır. 1994-96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olmuşdur. "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edirdi. 2009-cu ilin oktyabr ayında vəfat edib.
"İtkin gəlin" romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilmişdir




elibala-hacizade-eserleri-1.pdf [2,48 Mb] (Yüklənilib: 114)



elibala-hacizade-eserleri-2.pdf [2,28 Mb] (Yüklənilib: 93)



elibala-hacizade-eserleri-3.pdf [3,25 Mb] (Yüklənilib: 85)



elibala-hacizade-eserleri-4.pdf [2,77 Mb] (Yüklənilib: 63)



elibala-hacizade-eserleri-5.pdf [2,81 Mb] (Yüklənilib: 68)

Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать