+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 75 Müəllif: Vivo-Book 2 həftə və 6 gün əvvəl
    İlqar Fəhmi - Bakı tarixindən kollaj
    0



    • İlqar Fəhmi - Bakı tarixindən kollaj
      İlqar fəhmi “Bakı tarixindən kollaj” əsəri Bakının tarix və etnoqrafiyasına özünəməxsus müəllif baxışını əks etdirir. Əsərdə Bakının şəhər kimi formalaşması, inkişaf etməsi, Bakı tarixində baş verən əhəmiyyətli iqtisadi-siyasi, demoqrafik hadisələr bir qədər ironik üslubda təsvir edilmişdir.
      Tarixi həqiqətlərlə müəllif təxəyyülünün bir-birinə sarındığı bu kitaba Bakı haqqında sırf tarixi material kimi baxmaq məsləhət görülmür…Gənc yazar İlqar Fəhminin “Bakı tarixindən kollaj” bədii-publisistik romanı Bakı tarixinə, etnoqrafiyasına, mədəni irsinə özünəməxsus, subyektiv bir baxışı əks etdirir. Əsər fraqmentar roman üslubunda yazılıb, ilk baxışdan bir-biriylə əlaqəsi olmayan, lakin daxili bağlılığı olan fraqmentlərdən ibarətdir.
      Bakının tarixi adamın bütün içini yeyir. Yox, bəlkə də yemir; hə, belə daha səhih olar, yemir, dişləyib qopardır adamın içini, bir az çeynəyir, diliylə o yan-bu yana fırladır, ağzının suyunda isladır, büzüşdürür, boğur, sonra da, tüpürür bayıra. Adamın içi şappıltıyla yapışır dığır-dığır asfaltın üstünə, başlayır asfaltın istisində qıcqırmağa. Axırda da, yoldan ötənlərin birinin ayaqqabısının altına yapışıb gedir gəzməyə, ta ki, həmən ayaqqabı yağışa düşüb təmizlənənə qədər sülənir özüyçün.
      Bakının tarixi vampir kimi şeydir. Vampir adamın qanını sorur, Bakının tarixi adamın içini. Hərdən doymayanda çölünə keçir, aramla onu da, həzm-rabedən keçirir.
      Bakının tarixi həm vampirə oxşayır, həm də, mənim babama. Əslində, babam özü elə Bakının tarixidi, ya da əksinə, Bakının tarixi elə mənim babamdı - bunun bir o qədər fərqi yoxdu. Bakının tarixi deyəndə gözümün qabağına həmişə babam gəlib: o da, heç vaxt meyvəni bütöv yeməzdi, çeynəyib suyunu udandan sonra puçalını tüpürərdi bayıra. Bəlkə, bu, sadəcə assosiasiyadır, həqiqətə dəxli yoxdu, bəlkə də var.


      ilqar-fehmi-baki-tarixinden-kollaj.pdf [1,48 Mb] (Yüklənilib: 23)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.