+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 333 Müəllif: Vivo-Book 2 həftə və 6 gün əvvəl
    Q. Q. Markez - Hüznlü fahişələrimin xatirəsi
    1



    • Q. Q. Markez - Hüznlü fahişələrimin xatirəsi
      “Hüznlü fahişələrimin xatirəsi” (ispanca “Memoria de mis putas tristes”) – 2004-cü ildə çapdan çıxmışdır. Kitab yazıçının 20 illik fasilədən sonra nəşr olunan ilk bədii əsəri olub.
      2007-ci ildə İranda fars dilində dəyişilmiş adla (ispanca “putas” fahişələr sözü, əzizlər kimi tərcümə edilmişdir)çapdan çıxmışdır. Birinci nəşr 5000 tirajla 3 həftə ərzində satılmış, təkrar nəşrə isə icazə verilməmişdir. İran rəsmilərinin verdiyi məlumata görə buna səbəb birinci dəfə senzura icazəsinin səhvən verilməsi olub.
      Qoca, professional jurnalist, qadınlarla heç bir ciddi əlaqəyə girmək istəməyən, seksə görə həmişə pul ödəyən bir kişi öz doxsan illiyinə hədiyyə etmək istəyir – bakirə və cavan bir qızla bir gecə. Və gözlənilmədən ömründə birinci dəfə məhəbbəti dadır.
      Bu kitab məhəbbət haqdadır. İnsanı mənasızcasına keçirdiyi həyatının sonunda yaxalamış məhəbbət haqda. Bu məhəbbət həm gözəldir, həm məhvedici.
      Bu kitab həm də qocalıq haqdadır. Arzuların hələ var olduğu, amma gücün bitdiyi dövr haqda.

      Qabriel Qarsiya Markes 6 mart 1927–ci ildə Kolumbiyanın Arakataka şəhərində teleqrafçı ailəsində anadan olmuşdur. Ailədə olan 16 uşaqdan ən böyüyü idi. Markes balaca olarkən valideynləri başqa şəhərə köçmüş, nəticədə onlar öz övladlarını babası polkovnik Nikolas Rikardo Markes Mexia İquaranın yanında qoymuşlar. 1899-1903-cü illərdə vətəndaş müharibəsində iştirak etmiş bu şəxs artıq təqaüd alırdı.







    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.