+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 344 Müəllif: Vivo-Book 2 həftə və 6 gün əvvəl
    Stiven King - Cəhənnəm pişiyi
    0



    • Stiven King - Cəhənnəm pişiyi
      Holstona elə gəldi ki, əlil arabasındakı kişi xəstə, qorxmuş və ölməyə hazır vəziyyətdə idi. O belə şeyləri görməyə öyrəşmişdi. Ölüm Holstonun işi idi. O özü-özlüyündə muzdlu qatil kimi fəaliyyət göstərərək “karyera”sı boyunca on səkkiz kişini və altı qadını öldürmüşdü. O ölümün nəyə bənzədiyini bilirdi.
      Evdə – daha doğrusu malikanədə soyuq va sakitlik hökm sürürdü. Gələn yeganə səs böyük daş sobada yanan odunların yüngülcə çırtıltısı və çöldə əsən noyabr küləyinin astaca vıyıltısı idi.
      “Mən istəyirəm ki, sən bir daha qatil olasan” – deyə qoca kişi dilləndi. Onun səsi titrək və qıcıqlandırıcı idi. “Bilirəm ki, işin elə bundan ibarətdir”.
      Holston soruşdu: “Kimlə danışmısınız?”
      “Sol Logia adlı bir nəfərlə. O deyib ki, sən onu tanıyırsan”.
      Holston razılıq əlaməti olaraq başını yellədi. Əgər vasitəçi Logia idisə, işlərin şuluğa düşməsindən söhbət belə gedə bilməzdi. Əgər otaqda dinləmə cihazı var idisə qoca kişinin – Droqanın dediyi hər söz tələ idi.
      “Kimin canını almağımı istəyirsən?”

      Stiven Edvin Kinq (ingiliscə Stephen Edwin King) 21 sentyabr 1947-ci ildə Men ştatının Portlend şəhərində dünyaya göz açıb. Ailənin ikinci övladı idi. Atasının əsl soyadı Spənski olmuşdur amma o, soyadını daha yaxşı səslənən Kinqə dəyişdirmişdi. Stivenin həyata göz açması ailə üçün gözlənilməz bir hadisə olmuşdur. Belə ki, Stivenin anası Nelli Rut sağlamlığı ilə bağlı problemləri olduğundan uşaq dünyaya gətirə bilməməsini bildirirdi. Ailənin ilk uşağı olan Devid isə ailənin əsl övladı deyildi. Stivenin hələ iki yaşı olanda onun atası ailəni tərk edərək bir daha geri qayıtmamışdır. Uşaqları tənha böyüdən ana isə eyni zamanda iki işdə – çamaşırxanada və çörəkçixanada çalışırdı. Stivenin uşaqlıq illəri İndiana ştatının Fort Ueyn şəhərində (orada onun ata tərəfdən baba-nənəsi yaşayırdılar), Konnektikut ştatının Stratford şəhərində (orada Lois xalası yaşayırdı), Massaçusets ştatının Molden şəhərində və Men ştatının Paunal şəhərində (orada onun xalaları yaşayırdılar) keçmişdir.
      Stivenin 11 yaşı olanda onun ailəsi Men ştatının Darem şəhərinə geri qayıdır. Burada Stivenin anası Nelli Rut, öz valideynlərinin qayğısına qalırdı. Qohumlar isə ailəyə maddi cəhətdən yardım edirdilər.



      stiven-king-cehennem-pisiyi.pdf [316,77 Kb] (Yüklənilib: 142)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.