Vivo-Book

Məhsəti Gəncəvi - Rübailər

253    0    
Məhsəti Gəncəvi - Rübailər
XII əsrdə Azərbaycanda hakim ədəbiyyat saray ədəbiyyatı idi. Saray şairləri Şirvanda və Təbrizdə Şirvanşahların və eyni zamanda da Eldəgizlərin sarayında yaşayır, onların hörmət və nüfuzunu artırmağa xidmət edirdilər. Lakin şəhər sənətkarlarının, şəhər yoxsullarının mənafeyini müdafiə edən şairlər saraydan kənarda yaşayır və bu iki ədəbi cərəyan arasında ciddi mübarizə gedirdi. Bu dövrdə şəhər sənətkarlarının, şəhər və kənd yoxsullarının tələb və arzularını geniş bir miqyasda ifadə edən dahi şair Nizami Gəncəvi idi. Nizaminin böyük müasiri olan şairlər içərisində öz demokratik görüşləri ilə xalqa yaxın olan, şəhər sənətkarlarının əhval-ruhiyyəsini ifadə edən şairlərdən biri də Məhsəti Gəncəvi idi.

XII əsrdə Azərbaycan ədəbiyyatında şeir məktəbinin təsisçilərindən biri olan, əsl adının Mənicə olduğu zənn edilən Məhsəti Gəncəvi ədəbiyyatda humanizmin yaranması və inkişafında mühüm rolu olan sənətkarlardandır. Gəncədə doğulub böyüyən Məhsətinin həyatı haqqında çox az məlumat vardır. Qədim təzkirəçilər bu bacarıqlı şairənin yoxsul bir ailədə doğulub-böyüdüyünü, yaxşı musiqişünas olduğunu, Gəncə xətibinin oğlu Əmir Əhmədlə münaqişəsini, Gəncədən sürgün edilməsi barədə məlumat vermişlər. Məhsəti haqqında verilmiş müxtəlif məlumatın hamısında bir fikir, bir cəhət aydın olur ki, o, öz dövrünün son dərəcə istedadlı şairəsi olub, xalq içərisində yüksək nüfuz və hörmət qazana bilmişdir. Məhsətinin obrazı eyni zamanda bir sıra yazıçıların da diqqətini cəlb etmişdi.

"Qılınc və qələm" əsərinin müəllifi Ordubadi, Dilbazi və başqaları Məhsəti Gəncəvinin bədii surətini yaratmağa cəhd etmişlər. Məhsəti Gəncəvinin Yaxın Şərqdə çox şöhrət qazanmış rübailəri tam şəkildə əldə deyildir. Bu görkəmli sənətkarın əlyazmaları bizə qədər gəlib çata bilmədiyi kimi, rübailərdən də çox az bir hissə saxlanıla bilmişdir. Şairə həm də rübailərlə yanaşı, qitə və qəzəllər də yazmışdır. Onun əsərlərinin üzü köçürülərək, divan bağlanmış, lakin sonralar bu divan itmiş, dövrümüzə qədər gəlib çatmamışdır. Onun rübailəri müxtəlif tarixi-ədəbi mənbələrdən və "Əmir Əhməd və Məhsəti" dastanından toplanmışdır.



mehseti-gencevi-rubailer.pdf [263,58 Kb] (Yüklənilib: 48)

Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать