+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 138 Müəllif: Vivo-Book 1 həftə və 5 gün əvvəl
    Erix Maria Remark - Lissabon gecəsi
    0



    • Erix Maria Remark - Lissabon gecəsi
      Erix Mariya Remark 1898-ci ilin 22 iyun tarixində Osnabrük şəhərində alman işçi Peter Franz Remarkın ailəsində doğulmuşdur. Anası Anna Maria da etnik baxımdan alman idi. Birinci Dünya Müharibəsi zamanı Remark ordu sıralarına qoşulur. Döyüşə yollanan zaman onun cəmi 18 yaşı vardı. 1917-ci ilin 12 iyun tarixində Qərb cəbhəsinə göndərilən gələcəyin yazarı buradan da Fransız şimalında yerləşən Hem-Lenglet departamentinə göndərilir. Remark burada da çox saxlanılmır 26 iyun tarixində yenidən yer dəyişikliyi baş verir və bu dəfə onun yeni ünvanı XV Ehtiyat Piyada Alayı olur. Torhout və Houthulst məntəqlərinin arasında saxlanılan hərbi birləşmənin tərkibində olan Remark burada düşmən qüvvələrə qarşı döyüşə atılır.

      31 iyul tarixində iştirak etdiyi döyüşlərin birində sağ ayağı, sol qolu və boyun nahiyyəsindən ağır formada yaralanır. Yaxınlıqda yerləşən hərbi xəstəxanaya yerləşdirilən Remark daha sonra daha böyük hərbi xəstəxanaya köçürülür və müharibə bitənə qədər burada müalicə alır. Birinci Dünya Müharibəsi başa çatandan sonra 1919-cu ilin 1 avqust tarixindən etibarən Lohn şəhərində yerləşən orta məktəbdə müəllimlik fəaliyyətinə başlayır. 1920-ci ildən etibarən isə Emsland və Nahn bölgələrində yerləşən məktəblərdə çalışır. Erix Remark müəllimlik peşəsi ilə yanaşı özünü müxtəlif peşələrdə sınayır. Bir müddət sahibkarlıqla məşğul olur, sonralar bu sahədə uğur əldə edə bilmədikdə isə kitabxanaçı, jurnalist və editor vəzifələrini ardıcıllıqla icra edir. Jurnalistika fəaliyyətinə görə ilk qonararını isə Continental AG şirkəti üçün hazırladığı bir yazıya görə alır.


      erix-maria-remark-lissabon-gecesi.pdf [4,74 Mb] (Yüklənilib: 46)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.