+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 387 Müəllif: Vivo-Book 1 həftə və 5 gün əvvəl
    John Paul Sartre - Sözlər
    0



    • John Paul Sartre - Sözlər
      Müharibə illərində müəllif özünün "Milçəklər" (1943), "Bağlı qapı arxasında" (1944) pyeslərini, habelə iri həcmli "Mövcudluq və heçlik" (1943) fəlsəfi traktatını qələmə almışdı. Yaradıcılığı ilə yaşamını təmin edə bildiyindən pedaqoji fəaliyyətdən birdəfəlik uzaqlaşmağa qərar vermişdi.
      "Milçəklər" pyesində Sartr Orest haqqındakı qədim yunan mifinə əsaslanaraq dünyada obyektiv əxlaqın mövcud olmadığı, buna görə də insanların sərbəst seçim haqqını özlərində saxlamaları fikrini fəlsəfi baxımdan əsaslandırırdı. İşğal altındakı Fransada bu sərbəst seçim faşizmə qarşı mübarizə idi. Almanlar bunu başa düşəndən sonra pyesin tamaşasını qadağan etmişdilər. Sartrın "Mövcudluq və heçlik" kitabı yazıldığı dövrdən eksiztensializmin əsas manifestinə və gənc Fransa intellektuallarının özünəməxsus Bibliyasına çevrilmişdi.
      Sartr həm bədii yaradıcılıq, həm də fəlsəfə sahəsində eyni həvəs və intensivliklə çalışırdı.Bu mənada "Çirkli əllər" (1948), "Azadlığın yolları" (1945-1949; tetralogiya şəklində düşünülmüş, lakin başa çatdırılmamışdır) pyesləri əslində fəlsəfi təlimi bədii obrazlar vasitəsi ilə şərh etmək cəhdi idi. Ampluasını daha da genişləndirən Sartr eksiztensializm prinsiplərini bioqrafik janra tətbiq edərək Şarl Bodler (1947) və Jan Jen (1952) kimi məşhur həmvətənlərinin həyat və yaradıcılıqlarını tədqiq etmişdi.
      Marksizm təlimi Sartrı 40-cı illərdən maraqlandırırdı. 1944-cü ildə onun rəhbərliyi ilə aylıq "Les Temps Modernes" jurnalı təsis olunduqdan sonra ədəbi və ictimai problemlərin marksizm nöqteyi-nəzərindən işıqlandırılması yeni nəşrin əsas mövzusuna çevrilmişdi. Sonrakı onillikdə isə Sartr ədəbiyyat, teatr, etika ilə bağlı məsələlərdə marksizmin açıq təbliğatçılarından biri kimi tanınmağa başlamışdı. Kamyu ilə ziddiyyətlərinin və ayrılmalarının əsasında da marksizmə münasibət dayanmışdı. Təkamül, liberalizm və demokratiya təbliğ edən Kamyudan fərqli olaraq Sartr inqilabi dəyişikliklərdən qaçmağı humanizm ideallarına xəyanət kimi qiymətləndirirdi. Müəllif "Dialektik zəkanın tənqidi" əsərində (1960) marksizmlə ekzistensializmi barışdırmağa cəhd göstərmişdi. Onun fikrincə, "fərdi azadlıq" vasitəsi ilə marksizmi xurafatdan xilas etmək, marksizm vasitəsi ilə ekzistensializmi fərdin fəlsəfəsindən cəmiyyətin fəlsəfəsinə çevirmək mümkündür.



      john-paul-sartre-sozler.pdf [3,92 Mb] (Yüklənilib: 109)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.