+994 55 432 28 29
  info mail vivo-book
Daxil ol
    0 179 Müəllif: Vivo-Book 1 həftə əvvəl
    Stephen King - Əsrin tufanı
    0



    • Stephen King - Əsrin tufanı

      Stiven Edvin Kinq (ingiliscə Stephen Edwin King) 21 sentyabr 1947-ci ildə Men ştatının Portlend şəhərində dünyaya göz açıb. Ailənin ikinci övladı idi. Atasının əsl soyadı Spənski olmuşdur amma o, soyadını daha yaxşı səslənən Kinqə dəyişdirmişdi. Stivenin həyata göz açması ailə üçün gözlənilməz bir hadisə olmuşdur. Belə ki, Stivenin anası Nelli Rut sağlamlığı ilə bağlı problemləri olduğundan uşaq dünyaya gətirə bilməməsini bildirirdi. Ailənin ilk uşağı olan Devid isə ailənin əsl övladı deyildi. Stivenin hələ iki yaşı olanda onun atası ailəni tərk edərək bir daha geri qayıtmamışdır. Uşaqları tənha böyüdən ana isə eyni zamanda iki işdə – çamaşırxanada və çörəkçixanada çalışırdı. Stivenin uşaqlıq illəri İndiana ştatının Fort Ueyn şəhərində (orada onun ata tərəfdən baba-nənəsi yaşayırdılar), Konnektikut ştatının Stratford şəhərində (orada Lois xalası yaşayırdı), Massaçusets ştatının Molden şəhərində və Men ştatının Paunal şəhərində (orada onun xalaları yaşayırdılar) keçmişdir.

      Stivenin 11 yaşı olanda onun ailəsi Men ştatının Darem şəhərinə geri qayıdır. Burada Stivenin anası Nelli Rut, öz valideynlərinin qayğısına qalırdı. Qohumlar isə ailəyə maddi cəhətdən yardım edirdilər.

      Stiven Daremdə orta məktəbi bitirdikdən sonra, Lisbon Orta Məktəbində təhsil alaraq 1966-cı ildə oranı bitirir. Orono şəhərində yerləşən Men Univertsitetində aldığı ali təhsilin ikinci ilində o, universitet qəzeti olan "Men Universitet Şəhərciyi"ndə (ingiliscə The Maine Campus) həftəlik sütun yazırdı. Tələbə olduğu illərdə o Tələbə Senatının üzvü olaraq, tələbə siyasi həyatında aktiv iştirak edirdi. Kinq həmçinin, Orono şəhərində keçirilən anti-müharibə hərəkatında iştirak edərək, Vyetnam müharibəsinin konstitusiyaya zidd olduğunu düşünənlərlə həmrəy olduğunu göstərirdi. 1970-ci ildə oç Orono universitetini B.A. səviyyəsində bitirərək, orta məktəblərdə ingilis dili dərsini vermək üçün ixtisaslandırılmışdı. Vyetnam müharibəsinə səfərbərlik elan olunanda isə çağırış komissiyası onun yüksək qan təzyiqi, yastı ayaqları, görmə və eşitmə qüsurunun olmasını əsas gətirərək onu hərbi xidmətə yararsız hesab etmişdi.

      1971-ci ildə Kinq, Tabita Spryus ilə ailə həyatı qurur. Onlar Men Universitetinin kitabxanasında tanış olmuşdular. Yeni yaranan ailə əsasən Kinqin çamaşırxanada işləyib qazandığı maaş, tələbə təqaüdü və Kinq tərəfindən təsadüfən yazılıb kişi jurnallarına satılan qısa hekayələrdən qazanılan pul hesabına yaşayırdı.

      Stiven 1967-ci ildə ilk professional qısa hekayəsi olan "Şüşə Döşəmə"ni (ingiliscə The Glass Floor) yazır. 1971-ci ilin payızında Stiven, Men ştatının Hampden şəhərində yerləşən Hampden akademiyasında ingilis dili dərsləri keçməyə başlayır. Gecələr və həftəsonları isə o, qısa hekayələr və novellalar yazırdı.

      1973-cü ilin yazında Dabldey&Ko. şirkəti onun "Kerri" (ingiliscə Carrie) adlı əsərini çap etməyə razılıq verir. Bu əsər nəşr edildikdən sonra, Kinqin Dabldey&Ko-dan olan redaktoru Bill Tompson ona müəllimlik peşəsini buraxaraq, bütün vaxtını yazıçılığa sərf etməyə imkan verəcək qədər maddi cəhətdən təmin olunacağını bildirir.


      Kitabın Azərbaycan dilində olan variantı yoxdur.
      Zəhmət olmasa Türk dilində olan versiyasından istifadə edəsiniz.



      stephen-king-yuz-yilin-firtinasi.pdf [697,74 Kb] (Yüklənilib: 45)



    Məlumat
    Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.