Vivo-Book
Sevimlilərim
» » Aqata Kristi - Seçilmiş Əsərləri

Aqata Kristi - Seçilmiş Əsərləri

1654    0    
Aqata Kristi - Seçilmiş Əsərləri
Bir çox məşhur yazıçıların həyatı ilə maraqlananda bəlli olur ki, onların çoxunun uşaqlığı acınacaqlı və keşməkeşli keçib. Aqatanın bu cəhətdən bəxti gətirmişdi. O, 1890-cı ildə İngiltərənin Denvor qraflığında ABŞ-dan köçüb gəlmiş zəngin mühacir ailəsində dünyaya göz açan qızcığazın böyüdüyü mühit gələcəkdə yazacağı əsərlərində apaydın təsvir olunacaqdı. Ailənin kiçik uşağı olan Aqata gözəl ailə tərbiyəsi almış, musiqi təhsili görmüşdü.

11 yaşının tamamında atasını itirən Aqata anasının himayəsində böyüyür. O, 8 yaşına kimi heç bir məktəbdə təhsil almır, çünki anası bunun əleyhinə idi. Amma Kristi hələ 4 yaşında yazmağı bacarırdı.

Yaşıdlarından, bacı-qardaşından çox fərqlənən balaca qızın sanki öz dünyası var idi. Aqata həmişə xəyalında canlandırdığı obrazlarla söhbətləşir, fikirlərini onlarla bölüşürdü. Elə həmin dövrlərdə Artur Konan Doylun "Mavi karbunkul" adlı detektiv romanının səs-sorağı Kristiyə də gəlib çıxır. Romanı oxuyar-oxumaz balaca qızcığaz özünə söz verir: "Nə vaxtsa mən də detektiv roman yazacağam!".

Aqata ilk əsərlərini anasının təsiri ilə yazır. Güclü soyuqdəymədən yatağa düşən qıza anası darıxmaması üçün kiçik hekayələr yazmağı məsləhət görür. Sonralar Aqata müsahibələrində deyirdi ki, yazıçılığa bir hobbi kimi yanaşırmış: "Əgər kitablarımı heç kim oxumasa belə, mən onları həyat yoldaşım üçün yazacağam", – deyirdi.



Bölmə:
Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать