Vivo-Book
Sevimlilərim
» » Çingiz Aytmatov - Seşilmiç əsərləri

Çingiz Aytmatov - Seşilmiç əsərləri

290    0    
Çingiz Aytmatov - Seşilmiç əsərləri
Zəmanəmizin görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir. Ç.Aytmatov üçün ədəbiyyatda yeganə mövzu “böyük mövzu” – insan mövzusu var.
Seçilmiş əsərlərinin bircildliyinə böyük yazıçının “Gün var əsrə bərabər” romanı ilə yanaşı, “Əlvida, Gülsarı!”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Ağ gəmi” və “Cəmilə” povestləri daxil edilmişdir.
Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatov müasir dünyanın ən qüdrətli söz ustalarındandır. Onun hər yeni əsəri dünya ədəbiyyatında hadisə kimi səslənir. Yazıçı ən adi həyat hadisələrini belə qlobal səviyyəyə qaldırmağı, ona ən yüksək fikir zirvəsindən baxmağı bacaran sənətkardır. O təsvir etdiyi böyük hadisələrin özünü deyil, fəlsəfəsini, mahiyyətini görür və göstərir. Onun əsərlərində bəzən ən adi məsələ günəş damlada əks olunan kimi, ümumdünya məsələsi kimi götürülür. Buna görə də Çingiz Aytmatovun əsərləri yalnız öz ölkəsində deyil, bütün dünyada maraqla qarşılanır.
Bununla bərabər, o, ilk növbədə, öz ölkəsinin, öz xalqının və öz zəmanəsinin oğludur. Əksər əsərlərini rus dilində yazmasına baxmayaraq, onun bütün obrazları psixologiyası və təbiəti etibarilə, təpədən dırnağa qədər qırğızdır. Çünki yazıçının əsərlərində ümum-dünya problemləri qırğız həyatından və qırğız təbiətindən keçib ümumiləşir. Buna görə də Aytmatov dünyada ən çox oxunan və sevilən yazıçılardan biri, bəlkə də, birincisidir.



cingiz-aytmatov-secilmis-eserleri.pdf [19,35 Mb] (Yüklənilib: 75)

Bölmə:
Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать