Vivo-Book
Sevimlilərim
» » Friedrich Schiller - Seçilmiş əsərləri

Friedrich Schiller - Seçilmiş əsərləri

124    0    
Friedrich Schiller - Seçilmiş əsərləri
İohan Xristof Fridrix fon Şiller (alm. Johann Christoph Friedrich von Schiller, 10 noyabr 1759, Marbax, Almaniya — 9 may 1805, Veymar, Almaniya) — alman şairi, filosof, tarixçi və dramaturqu, alman romantik ədəbiyyatının nümayəndəsi.
Ömrünün son illərində Yohann Volfqanq Göte ilə çox məhsuldar, lakin bir qədər mürəkkəb dostluq münasibəti qurur. Bu yaradıcılıq münasibətləri iki dahi ədibin öz estetik dünya görüşlərıni müzakirə və mübadilə etməsinə, Hötenin yarımçıq buraxdığı bir çox əsərlərini tamamlamasına imkan yaradır. Bu ədəbi-fəlsəfi münasibətlər sonralar alman ədəbiyyatında Veymar klassisizmi adlanacaq bir dövrün əsasını qoyur. Şiller Höte ilə birgə estetik dünya görüşlərinə düşmən kəsilmiş filosoflara cavab olaraq "Yadlar" ("Die Xenien") adlı qısa, lakin çox kəskin satirik poemalar məcmuəsini yazır.
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Fridrix Şiller (1759-1805) söz sənəti tarixinə mütəfəkkir şair, dramaturq və nəzəriyyəçi kimi daxil olmuşdur. ), 46 il sürən qısa ömründə “Qaçaqlar” (1781), “Məkr və məhəbbət” (1784), “Don Karlos” (1787), “Vallenşteyn” ((trilogiya: 1799), “Mariya Stüart” (1801), “Orlean qızı” (1801), “Vilhelm Tell” (1804) dramlarını, eləcə də böyük fəlsəfi əsərlər və zərif duyğularla səslənmiş şeirlər yaratmışdır. Əsərlərində azadlıq pafosu, xalqına məhəbbət, insan düşüncəsinin cəhalətə qalib gələcəyinə inam ifadə olunan F.Şillerin dramları iki əsrdən artıqdır ki, bütün dünyanın teatr səhnələrini dolaşır. Bu kitabda Fridrix Şillerin “Qaçaqlar”, “Genuyada Fieskonun sui-qəsdi” və “Məkr və məhəbbət” əsərləri Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.



friedrich-schiller-secilmis-eserleri.pdf [1,48 Mb] (Yüklənilib: 20)

Bölmə:
Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать