Vivo-Book

Paulo Coelho - Seçilmiş əsərləri

188    0    
Paulo Coelho - Seçilmiş əsərləri
1982-ci ildə ilk kitabını - "Cəhənnəm arxivləri" - ni nəşr etdirsə də, uğursuzluğa düçar olur. 1986-cı ildə "Vampirizm haqda əyani vəsait" kitabının işıq üzü görməsinə xeyli səy göstərsə də, sonradan "pis keyfiyyətdə olması" səbəbi ilə onu satış rəflərindən yığışdırmağa çalışdı. 1986-cı ildə Santyaqo de Kompostelaya (Santiago de Compostela) ziyarətə getdikdən sonra "Zəvvarlıq" əsərini yazır. Növbəti ildə Koelyo "Kimyagər" əsərini yazır və onun nəşrini Braziliyanın kiçik nəşriyyat evlərindən birinə tapşırır. Bu nəşriyyat evi yalnız 900 nüsxənin çapını qərara alır. Nəticədə, o, daha böyük nəşriyyat evi taparaq "Brida" əsərinin nəşrini onlara həvalə edir və bununla da "Kimyagər" kitabı məşhurlaşır. "Kimyagər" 65 milyondan çox nüsxə ilə satılır, dünyanın ən çox satılan kitablarından biri olur, 70-dən çox dilə tərcümə olunur (hələlik sonuncu tərcümə edilmiş dil Malta dilidir), ən çox tərcümə edilmiş yaşayan yazıçı tərəfindən yazılmış kitab olaraq Ginnesin Rekordlar Kitabına düşür.
"Kimyagər"in nəşrindən sonra hər növbəti iki ildə Paulo Koelyo yeni romanlar yazmağa başladı. Bunların sırasında "Rio-Pyedranın sahilində oturdum və ağladım", "Beşinci dağ", "Dünya savaşçısının kitabı", "Veronika ölməyə qərar verir", "İblis və senyorita Prim", "On bir dəqiqə", "Zahir", "Axar çay kimi", "Portobellolu ifritə", "Aldatmaq" əsərlərini qeyd etmək olar.
Ümumilikdə, Koelyonun müəllifi olduğu 30 kitab nəşr olunub. "Zəvvarlıq", "Valkiriyalar" və "Elif" əsərləri avtobioqrafik xarakter daşıyır. Digərləri isə müəllifin təxəyyülünə əsaslansa da, kökləri reallığa gedib çıxır. "Maktub" və "İşıq savaşçısının kitabı" əsərləri isə məqalələr, qəzet köşələri və seçilmiş öyrədici materialları özlərində toplayır. Ümumilikdə, Koelyonun kitabları 150 ölkədə 100 milyondan çox nüsxədə satılıb və onun əsərləri 71 dilə tərcümə edilib. O, bütün dövrlərin portuqal dilində ən çox satılan əsərlərin müəllifidir.
İndiyə qədər "Kimyagər", "On bir dəqiqə", "Rio-Pyedranın sahilində oturdum və ağladım", "Veronika ölməyə qərar verir", "Zahir", "Maktub", "İşıq savaşçısının kitabı", "Aldatmaq" əsərləri Azərbaycan dilinə tərcümə edilib. Mütəmadi olaraq aparılan statistik araşdırmalara əsasən, Azərbaycan dilində nəşr olunan kitablar uzun müddət satış həcminə görə onluqlarda ilk pillələrə çıxıb.
Paulo Koelyo həmçinin həftədə üç dəfə öz bloqunda qeydlər edir.

ROMANLAR
Kimyagər
Məktub
Beşinci dağ
İşıq savaşçısının kitabı
Şeytan və senyorita Prim
Rio Pyedranın sahilində oturdum və ağladım



paulo-coelho-secilmis-eserleri.pdf [4,27 Mb] (Yüklənilib: 60)

Bölmə:
Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать