Vivo-Book
Sevimlilərim
» » Robert Stevenson - Seçilmiş əsərləri

Robert Stevenson - Seçilmiş əsərləri

151    0    
Robert Stevenson - Seçilmiş əsərləri
Robert Lyuis Stevenson 1850-ci ilin 13-ü Noyabr Şotlandiyanın Edinburqda Anadan olub. 1894-cü ilin 3-ü dekabr vәfat edib. Şotland roman yazıçısı, şair. Ən məşhur əsəri "Dəfinələr adası"dır.

Robert Luis Stivensonun kitaba daxil edilmiş əsərləri:
ROMANLAR: Dəfinələr adası, Sahib Ballantre, HEKAYƏLƏR:Lənətlənmiş Cenet, Markheym
Robert Luis Stivenson (1850-1894) XIX əsrin ikinci yarısında yaşamış tərəqqipərvər ingilis yazıçısı və ədəbiyyat tənqidçisidir. Stivenson əsrin son rübündə, xüsusilə canlanan ingilis romantiz-minin, daha dəqiq desək, onun neoromantizm mərhələsinin əsas nümayəndəsi və nəzəriyyəçisi kimi məşhurdur. Stivensonun gözəl romanlarının başlıca təsvir obyekti dənizlər, okeanlar, uzaq və naməlum adalar, əsas qəhrəmanları isə yeniyetmələr və gənclərdir. Ədib bu qəhrəmanları həyatın bir-birindən sərt dönümləri ilə qarşılaşdırır; ağır sınaqlardan alnıaçıq çıxan sağlam, ağıllı, nəcib, xeyirxah cavanların şərəfini uca tutur, bu yolla da oxucularına yüksək insani duyğular, humanizm, mərdlik, ədalətlilik kimi əxlaqi keyfiyyətlər aşılayır.
Zəmanəsinin müxtəlif biliklərinə xüsusi bir həvəslə yiyələnmiş Stivensonun əsərlərində öyrədici material çoxdur. Yazıçının bir etirafından məlum olur ki, ilk gəncliyində o özü ilə həmişə kitab- dəftər gəzdirirmiş; imkan düşən kimi kitabı oxuyar, öyrəndiklərinin məğzini dəftərinə yazar, onları unutmamaq üçün təmrinlər edərmiş. Oxumaq, öyrənmək, biliyini artırmaq bir sənətkar kimi əsərlərindəki hadisə və əhvalatları, yerli koloriti, təbiət mənzərələrini, insan psixologiyasını təbii və inandırıcı vasitələrlə təsvir etməkdə ona yaxından kömək etmişdir. Stivensonun öz şəxsi qənaətinə görə, yazıçı təqdim etdiyi mühiti, hadisə və insanları özünün beş barmağı kimi bilməlidir. “Dəfinələr adası” bu tələbə yüksək səviyyədə cavab verir. Görünür, elə bu keyfiyyətlərinə görədir ki, biz romanda təsvir olunan əsas qəhrəmanlara inanır və rəğbət bəsləyirik.




robert-stevenson-secilmis-eserleri.pdf [3,45 Mb] (Yüklənilib: 40)

Bölmə:
Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать