Vivo-Book
Sevimlilərim
» » F. M. Dostoyevski - Seçilmiş əsərləri - 2 cilddə

F. M. Dostoyevski - Seçilmiş əsərləri - 2 cilddə

474    0    
F. M. Dostoyevski - Seçilmiş əsərləri - 2 cilddə
Dahi rus yazıçısı Dostoyevskinin 1860-1870-ci illərdə yaratdığı məşhur "Cinayət və cəza", "İdiot", "Şeytanlar", "Yeniyetmə" və "Karamazov qardaşları" fəlsəfi romanlarında Yer kürəsinin bütün iniltiləri, dərddən ağlını itirmiş adamların sayıqlamaları öz əksini tapmışdır...
Ana xəttini insanın daxili ziddiyətləri təşkil edən həmin romanlar arasında "İdiot" ən lirik əsərdir.
Böyük humanist yazıçı daim cəhd etdiyi roman-poemanı burada daha artıq uğurla yarada bilmişdir. Ölməz sənətkarın məşhur "Dünyanı gözəllik xilas edəcək" kəlamı romanda bütün gerçək əzəmətiylə səslənir.

Yeniyetmə (1875), Bir yazıçının gündəliyi (1876) və Karamazov qardaşları (1880) adlı əsərlərində yazıçılıq həyatı boyunca yazdığı mövzuları yenidən ələ aldı. Karamazov qardaşları adlı əsərini iki ildə bitirən Dostoyevski, bir ciyər qanamasıyla yatağa düşdü və 28 yanvar 1881-ci ildə vəfat etdi. Dostoyevski üçün 31 yanvar 1881 tarixində təşkil edilən dəfn mərasimində təxminən 30.000 adam tabutunun arxasından getdi. Dünya ədəbiyyatına ən çox təsir edən və ən çox oxunan yazıçılardan biri olan Dostoyevskinin əsərləri bir çox 20-ci əsr yazıçılarının fikirlərinə dərindən təsir etdi.

Dostoyevskinin əsərləri Ceyms Coys, Virciniya Vulf, Fridrix Nitsşe, Ernest Heminquey, Knut Hamsun, Lüdviq Vitgenşteyn, Alberto Moravia, Aleksandr Soljenitsın, Çarlz Bukovski, Marsel Prust, Ayn Rand, Ziqmund Freyd, Frans Kafka, Orxan Pamuk və Lev Tolstoy kimi bir çox yazıçıların əsərlərinə işıq tutdu. Fridrix Nitsşe "O mənim psixianaliz haqqında bir şeylər öyrəndiyim yeganə insandır. O mənim həyatımın ən böyük sevincidr."




Bölmə:
Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать