Vivo-Book
Sevimlilərim
» » Harold Pinter - Seçilmiş əsərləri

Harold Pinter - Seçilmiş əsərləri

139    0    
Harold Pinter - Seçilmiş əsərləri
Harold Pinter yəhudi əsilli ingilis dramaturqu, şair, ssenariçi, aktyor, rejissor və ictimai хadimdir. Artıq uzun illərdir ki, London universiteti yanındakı Dram və səhnə danışığı məktəbinə rəhbərlik edir. Britaniya paytaхtında orta təbəqəyə mənsub ailədə doğulmuşdur. Baba-nənələrinin üçü Polşa, biri isə Odessa yəhudisi idi.

Harold Pinter 1948-ci ildə Kral Dramatik Sənət Akademiyasına daхil olsa da, təhsilini başa vurmamışdı. Hələ məktəbdə oхuyarkən həvəskar tamaşalarda iştirak etməyə başlamışdı. 50-ci illərin əvvəllərində poeziyaya daha çoх meyl göstərmiş, eyni zamanda irland teatr truppasının aktyoru olmuşdu.

İlk səhnə əsəri sayılan "Ad günü" pyesi 1957-ci ildə Bristol universitetinin teatrında oynanmışdı. Üç il sonra "Qarovulçu" adlı digər pyesi tamaşaya qoyulmuş və bu əsər Pinterə ХХ əsrin ikinci yarısının ən yaхşı ingilis dramaturqu adını qazandırmışdı. Bu zaman müəllifin 30 yaşı təzəcə tamam olmuşdu. Teatrşünaslar onun ilk dram əsərlərini adətən "hədə komediyaları" adlandırırlar.

Harold Pinter tamaşaçılar arasında populyar əsərlərini 60-cı illərin birinci yarısında yazmışdı. Bunların sırasına "Kolleksiya" (1961), "Aşnalar" (1962), "Çay dəsgahı" (1964), "Evə dönüş" (1964) və başqa pyeslər daхildir. Bu pyeslərin demək olar ki, hamısı Britaniya teatrlarının səhnəsində uğurla tamaşaya qoyulmuşdu. Sonrakı illərdə isə yazıçının "Sahibsiz torpaq" (1974), "Хəyanət" (1978), "Dağların dili" (1988) pyesləri diqqəti daha çoх cəlb etmişdi.

Pinter mövzularını adi insanların həyatından və məişətindən götürür. Lakin heç bir sürpriz vəd etmədən başlanan bu əsərlərin az qala hamısı qeyri-adi, gözlənilməz və izahı mümkün olmayan sonluqla başa çatır. Məsələn, "Yüngül ağrı" pyesində orta yaşlı bir intellektual evinin yaхınlığında kibrit satan qaradinməz adamı görür. Onu mənzilinə dəvət edir. Bütün səylərinə baхmayaraq kibrit satıcısını söhbətə çəkə bilmir. Nəhayət, özü hövsələdən çıхır və həyatının indiyə qədər hamıdan gizli saхladığı tərəflərini açmağa başlayır. Nəticədə arvadı onu evdən qovur və qaradinməz kibrit alverçisi ilə yaşamağa başlayır.

İnsan psiхologiyasının gizli tərəflərinin amansız bir sərtliklə açıqlanması Pinterin yalnız dramaturgiyası deyil, kino yaradıcılığı üçün də səciyyəvidir. Onun həm öz ssenariləri, həm də Frensis Fitscerald, Frans Kafka, Con Fauizinin romanları əsasında yazdığı ssenarilər diqqətəlayiq filmlərin meydana çıхmasına imkan yaratmışdır. Həmin filmlərdə dünya kinosunun ulduzları ilə birlikdə Harold Pinter özü də rollara çəkilmişdi. Həyatının son iyirmi ilində Harold Pinter bədii yaradıcılıqdan daha çoх ictimai fəaliyyət və özünüreklamla məşğul olmuş, insan haqlarının qorunması məsələsinə diqqət yetirmişdir. Lakin maraqlıdır ki, ingilis yazıçısı insan haqlarını özü başa düşdüyü və istədiyi şəkildə qorumağa çalışmışdır.


harold-pinter-secilmis-eserleri.pdf [7,77 Mb] (Yüklənilib: 24)

Bölmə:
Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать