Vivo-Book
Sevimlilərim
» » Heinrich Theodor Boll - Seçilmiş əsərləri

Heinrich Theodor Boll - Seçilmiş əsərləri

164    0    
Heinrich Theodor Boll - Seçilmiş əsərləri
Məşhur alman prozaiki və novellisti Henrix Teodor Böll Reyn vadisinin ən böyük şəhəri olan Kölndə, ağac ustası Viktor Böllün və Mari (Xermanns) Böllün çoxuşaqlı ailəsində dünyaya göz açıb. Böllün ulu babaları XIII Henrixin dövründə İngiltərədən qaçmışdılar. Bütün fanatik katolikllər kimi, onlar da protestant anqlikan kilsəsi tərəfindən təqiblərə məruz qalmışdılar.

Hələ uşaqlıq dövründən şeirlər və hekayələr yazan Böll orta məktəbi bitirəndən sonra Hitleryuqendə üzv olmayan tək-tük yeniyetmələrdən olur. Buna baxmayaraq, orta təhsilini başa vurandan bir il sonra onu məcburi əmək işlərinə cəlb edirlər. 1939-cu ildə isə Böll hərbi xidmətə çağırılır. O, şərq və qərb cəbhələrində kapral çinində xidmət edir, bir neçə dəfə yaralanır, 1945-ci ildə Amerika hərbi hissələri tərəfindən əsir götürülür və bir neçə ay Fransanın cənubundakı hərbi əsir düşərgələrindən birində saxlanılır.

Doğma şəhərinə qayıdandan sonra Böll bir neçə müddət Köln universitetində təhsil alır, bir müddət atasının emalatxanasında, sonra isə demoqrafik statistika üzrə şəhər bürosunda işləyir və bütün bu müddət ərzində yaradıcılıqla məşğul olmağına davam edir. Henrix Böll 67 yaşında Bonn yaxınlığında, oğlanlarından birinin evində qonaq qalarkən, gözlənilmədən vəfat edir.
ƏSƏRLƏRİ: "Qatar vaxtında gəldi", "Yolçu, nə vaxt gələcəksən…", "Adəmoğlu, haradaydın?", "Və o heç bir şey demədi" , "O illərin çörəyi" , "Onun yarısında oynanılan bilyard" , "Bir təlxəyin düşüncələri" , "İcazəsiz məzuniyyət" , "Bir ezamiyyətin sonu" , "Xanımla birgə çəkilmiş portret" , "Katerina Blümün tapdalanmış namusu" , "Qayğı konvoyu" , "Əsgər mirası" , "Atasız evlər" , "İrlandiya gündəmi" , "Müharibə başlayanda" , "Dörd oğluma məktub və ya dörd velosiped" , "Mələk susdu" , "Solğun köpək" , "Burulğanın içində"


heinrich-theodor-boll-secilmis-eserleri.pdf [12,53 Mb] (Yüklənilib: 25)

Bölmə:
Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать