Vivo-Book

Homer - Iliada

249    0    
Homer - Iliada
İliada - qədim yunan şairi Homer tərəfindən yazıldığı qəbul olunan antik yunan dastanı. Dastanın yaranma tarixi mübahisəli olsa da onun qəbilə quruluşu ilə bağlı motivləri vardır. Dastan Troya müharibəsinin son onuncu ilində baş verən hadisələrdən bəhs etsə də, dastanın əsasında "Axillesin qəzəbi" motivi dayanır. Dastanda haqqında bəhs olunan Troya müharibəsinin e.ə. XII əsrdə baş verdiyi ehtimal olunur. Müharibənin baş vermə səbəbi Sparta hökmdarı Menelayın arvadı Yelenanın Troya hökmdarı Priamın oğlu Paris tərəfindən qaçırılmasıdır. Buna cavab olaraq Menelayın qardaşı Arqos hökmdarı Aqamemnonun başılığı ilə axeylər Troyaya hücum edirlər.

Əhvalat Troya əsatirlər silsiləsindən alınmışdır və bu əsatir Zevsin Fetida ilə evlənməsi ilə bağlıdır. Prometey Zevsə əgər Fetida ilə evlənsə ondan olan oğlunun çox güclü olacağını və Uranla Kron kimi Zevsin də taxtdan salınacağını xəbər verir. Buna görə də Zevs Fetidanı Peleyə ərə verir. Bu toya çağrılmayan nifaq ilahəsi Erida bir hiylə qurur: Zevsə bir alma verir. Almanın üstündə ən gözələ çatacaq sözləri yazılır. Bu almanı Hera, Afina və Afrodita istəyirlər. Zevs almanı kimə vermək məsələsini Parisə tapşırır, o isə almanı Afroditaya verir. Bunun qarşılığında Afrodita ona Zevsin gözəl qızı Yelenanı vəd edir və Yelena Parislə birlikdə qaçır.


homer-iliada.pdf [3,55 Mb] (Yüklənilib: 68)

Bölmə:
Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать