Vivo-Book
Sevimlilərim
» » Lev Nikolayeviç Tolstoy - Seçilmiş əsərləri

Lev Nikolayeviç Tolstoy - Seçilmiş əsərləri

892    0    
Lev Nikolayeviç Tolstoy - Seçilmiş əsərləri
Dünya ədəbiyyatı tarixində bir çox mütəfəkkir sənətkar məlumdur. Varlığın fəlsəfəsi üzərində dərin əzabla düşünən belə mütəfəkkir yazıçılar sırasında demokratik rus mədəniyyətinin nəhəng nümayəndəsi, böyük yazıçı Lev Tolstoy ən fəxri yerlərdən birini tutur. Həmişə həqiqətə çağıran yazıçının bütün qəhrəmanları insan həyatının mənası barədə düşünürlər.
Tolstoy həyata ehtiraslı məhəbbətlə, şərə və ədalətsizliyi qarşı dərin nifrətlə aşılanmış əsərlərində ümumbəşəri məsələlər qoyduğuna görə Asiya, Avropa, Amerika xalqlarının mənəvi-bədii mədəniyyətlərinə ciddi təsir göstərmişdir.
Bu kitabda dahi rus ədibinin avtobioqrafik səciyyəli trilogiyası – “Uşaqlıq”, “İlk gənclik”, “Gənclik”, ilə yanaşı, “Kazaklar” və “Hacı Murad” povestləri də daxil edilmişdir.

Lev Nikolayeviç Tolstoy (rus. Лев Николаевич Толстой; 9 sentyabr, 1828 – 20 noyabr, 1910) — rus yazıçı, publisist və filosof.

Yazdığı "Hərb və Sülh" və "Anna Karenina" əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaratmışdır. XIX əsr rus cəmiyyətinin realistik mənzərəsini canlandıran bu iki əsər realist roman janrının yüksək zirvəsində qərar tutur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə – "Allahın səltənəti qəlbimizdədir" (rus. "Царство Божие внутри нас") XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.


Bölmə:
Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать