Vivo-Book

Molla Nəsrəddin lətifələri

243    0    
Molla Nəsrəddin lətifələri
Molla Nəsrəddin (tam adı: Xoca Nəsrəddin, Əfəndi, Əpəndi; 1208-1284) — xalq müdriki olmuşdur. Sufi kimi tanınmışdır. İdentifikasiyasına (eyniləşdirməyə) görə avropalı və rus tədqiqatçıları onun mənşəcə türk olduğunu təsdiq etmişlər. Daha çox güman var ki, o, Azərbaycan türküdür. Çünki, Nəsrəddin Tusinin yazdığı Əxlaqi-Nasiri əsərində onun yumora meyilli olduğu görünür.Yəni güman var ki, Molla Nəsrəddin Azərbaycan alimi Nəsrəddin Tusidir.Bundan başqa, Nəsrəddin Tusinin və Molla Nəsrəddinin əsl adı Məhəmməd olmuşdur.
1208-ci ildə qədim Xorto kəndində anadan olmuşdur. Kiçik Asiyada Konya sultanlığının quberniyası sayılan, o qədər də böyük olmayan Ağşəhərdə yaşamışdır. Atası Abdullah məsciddə axund olmuşdur. O özü Kayseri şəhərinin mədrəsələrinin birində müəllim işləmişdir. Bu məktəb Səlcuqilər dövründə ruhani məktəb kimi məşhur olmuşdur. Xalq arasında intellektuallaşdırılmış davranışa meylliliyinə görə böyük populyarlıq qazanmışdır. Müəyyən dövrdə Nəsrəddin məsul ruhani vəzifəsini – qazi vəzifəsini yerinə yetirmişdir. Vətəndaş işlərinə baxılmasında şəriət hakimliyini icra etmişdir. Onun həyatı Səlcuqilər sülaləsinin süqutu, monqol ağalığının başlanması dövrünə təsadüf edir. O həm şair, həm dərviş olmuşdur. Onun şerləri zəmanəmizə qədər gəlib çatmamışdır. Nəsrəddin diribaş, fərasətli adam olmuşdur. Onun üçün çətin situasiya anlayışı nadir hallarda mümkün ola bilərdi. Hər hansı bir hadisəni o, istədiyi kimi yoza bilmişdir. Onun koordinat şəbəkəsi hərəkətli və çevik olmuşdur.



molla_nesreddin_letifeleri.pdf [614,37 Kb] (Yüklənilib: 100)

Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать