Vivo-Book

Müşfiq Xan - Tənha canavar

1386    0    
Müşfiq Xan - Tənha canavar
Gərgin süjet xətti, cəmiyyətdəki xaotik problemlər, məmur səhlənkarlığı, uşaq evlərindəki özbaşınalıqlar, narkotik ticarəti və insan alveri, xarici XXO-nın Azərbaycana göndərilən casusları, ölkədə saxta kimliklə kəşfiyyata çalışan xainlərin ifşası, türk düşmənliyi yeridən gizli təşkilatlar və onların rəqibləri…

Cinayət, müəmmalı qətllər, amansız təqiblər, hərislik, qorxu və iztirablara qarşı sevgi, vicdan və əqidə naminə bütün çətinlikliklərə qatlanan qəhrəmanların gərgin və qətiyyətli mübarizəsi… Baş qəhrəman Mikayıl Qüdrətovla…

Müəllifdən
Orta məktəbdə oxuyarkən həmişə sərbəst mövzuda inşalardan həmişə beş alardım. Fikirlərini ağ kağızlara köçürüb insanlara oxutdurmaq insanda maraqlı təəssüratlar yaradır. Mən orta məktəbdə inşalar, xatirə dəftərləri; tələbəlik illərində şeirlər, replər; hərbi xidmətdə hekayələr, divar qəzetləri yaza-yaza bir də gözümü açdım ki, müəlliməm. Onda artıq mən 22 yaşlı gənc müəllimim idim. Etiraf edim ki, indiki kimi məhsuldar yazmırdım, amma bu işə bir son da verə bilmirdim. Yəni, yazmaq sanki xobbimə çevrilməyə başlamışdı. Yazmalı idim… “Vahid Azərbaycan” qəzetini, daha sonra “XAN” jurnalını təsis edib çap etdirməyə başladım. O vaxtın pulu ilə “19 şirvan” maaş alırdım, əlbəttə ki, cüzi gəlir idi. Ayın sonunda həmin pulun hamısını jurnalıma xərcləyirdim. Tək idim, müxbir də, redactor da, təsisçi də özüm idim. Hər şeydən yazırdım. İşim ağır idi, araşdırmalar vaxtımı çox alırdı, sonunda jurnalları pulsuz paylamaqla maarifləndirmə işi aparmış olurdum… Təxminən 2 il sonra günlərin birində həmin gənc müəllim özünün indiki kimi balaca otağında bir qərar verdi: ixtisası üzrə (biologiya) gərəkli bir kitab yazmaq. Dörd ay sonra işlədiyim məktəbdə həmin kitabın təqdimatı oldu. Üstündən təxminən 5 il ötür. 25-dən çox kitabın müəllifi və həmmüəllifiyəm. Bədii yaradıcılıq irəlidədir…



musfiqxantenhacanavar.pdf [2,36 Mb] (Yüklənilib: 769)

Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать