Vivo-Book

Oscar Wilde - Seçilmiş əsərləri

121    0    
Oscar Wilde - Seçilmiş əsərləri
Görkəmli İngilis yazıçısı Oskar Uayld 1854-cü ildə anadan olmuşdur. Yaradıcılığa tələbəlik illərindən başlamışdır. O, bir çox nağılların müəllifidir. Onun yazdığı nağıllarla xalq nağılları arasında böyük fərq var. İlk növbədə o, uşaqların qarşısında ciddi problemlər qoymuşdur. Bunlar: xeyrlə şəri ayırmaq və olum ölüm.

Onun nağılları iki hissədən ibarətdir: I hissəyə "Xoşbəxt şahzadə və diğər nağıllar", II hissəyə " Nar ev" , " Bülbül və qızılgül" daxildir. Onun bu nağıllarında dostluq və sədaqətdən danışır. Bu nağıllarda o. Ilk növbədə məhəbbətə, dostluğa, səadətə müraciət etmişdir." Bülbül və qızılgül" nağılında o, insanlarda olan yalançılığı, insani sevginin şana, şöhrətə, pula dəyişildiyini açıb göstərmək istəmişdir. Burada bülbül bir tələbənin sevgisi yolunda tökdüyü göz yaşlarına, ah-naləsinə dözməyib özünü qurban verir ki, tələbə al rəngli qızılgülü öz sevgilisinə apara bilsin. Lakin tələbə gələndə görür ki, artıq onun sevgilisi başqa bir varlı adama ərə gedib. Bu al rəngli, bülbülün canı bahasına əldə olunan qızılgülü o daş-qaşa satır. O, qızılğüldən daş-qaşı üstün tutur. Bunu görən tələbə məhəbbətin bir heç olduğunu görüb bundan sonra ağıl sahibi söz verir. O. Uayldın nağıllarını oxuduqca H.X. Andersenin "Donuzotaran" nağılı yada düşür. Burada şahzadə qız həqiqi əşyalara məhəl qoymayıb cansız oyuncaqlara üstünlük verir. O. Uayld öz nağıllarında zəmanə insanlarının meşşan həyat tərzini, daş-qaşa, şan-şöhrətə aludə olduğunu göstərməyə çalışmışdır.

Digər "Ulduz oğlan" nağılında o, kimsəsiz uşaqlardan, insanın öz gözəlliyindən, özündən çox razı olmasından, hətta öz doğmalarının dilənçi vəziyyətində olduğu halda onları təhqir edib qovmaqla kifayətlənməyən oğlanı təsvir etmişdir. Ulduz oğlan hətta öz doğma anasının dalınca daş da atır. O.Uayldın nağıllarındakı bir çox cəhətlər haqqında danışmaq olar. Bu nağıllar kiçik uşaqlara və gənclərə həsr olunmuşdur.

O.Uayld 1900-cü ildə vəfat etmişdir.




oscarwilde-secilmiseserleri.pdf [7,72 Mb] (Yüklənilib: 41)

Bölmə:
Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать