Vivo-Book
Sevimlilərim
» » William Gerald Golding - Seçilmiş əsərləri

William Gerald Golding - Seçilmiş əsərləri

157    0    
William Gerald Golding - Seçilmiş əsərləri
Ser Uilyam Jerarld Qoldinq (ing. William Gerald Golding; 19 sentyabr 1911 — 19 iyun 1993) — ingilis yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı 1983. Təxmini 40 illik ədəbiyyat yaradıcılığı karyerası dövründə 12 roman və ona bütün dünyada məşhurluq gətirən "Milçəklər kralı" əsərini yaratmışdır.
İkinci Dünya müharibəsinin od-alovundan keçmiş, çox şeyləri öz gözləriylə görmüş Qoldinq “Milçəklər kralı” əsərində, sözün dar mənasında götürülərsə, belə bir suala cavab vermək istəyir: “Yüksək mədəniyyətə malik olan qədim bir xalq (alman xalqı nəzərdə tutulur) necə olub ki, başçı adlanan bir nəfərin (Hitler nəzərdə tutulur) əmriylə öldürməyə, yandırıb dağıtmağa, hər şeyi məhv etməyə hazır olan vəhşilər qəbiləsinə çevrilirdi və bu hadisə illər boyu davam edirdi?” Sözün geniş mənasında isə “Milçəklər kralı” pritçasında Qoldinq immanent insan bədxahlığı fenomenini tədqiq edir. Amma bu heç də o demək deyil ki, Qoldinq insanda yalnız bədxahlıq görür. O hesab edir ki, insan ikili xarakterə malik olan geniş əhatəli və paradoksal bir varlıqdır, o həm qəhrəmandır, həm də xəstə.
İnsan bədxahlığına səbəb atavizm nəticəsində insan evol-yusiyasındakı aralıq dövrün özünü göstərməsidir, o dövrdə neandertal insanın primitiv şüuru arxada qalmışdı, altruizm erası - ictimai-individual şüur, ümumbəşəri əxlaq normaları isə hələ formalaşmamışdı. Keçid dövrü üçün xarakterik cəhət tutqun qəbilə şüurunun üstünlük təşkil etməsidir. O dövrdə insan özünü bir şəxsiyyət kimi dərk etməmişdi, əxlaq normaları haqda təsəvvürləri yox dərəcəsindəydi, o səbəbdən də onun hərəkətlərini hələ yetkinləşməmiş ağılı üstələyən instinktiv heyvani başlanğıc idarə eləyirdi.
“Milçəklər kralı” romanındakı personajların yaşca böyüyünün on iki yaşı təzəcə tamam olub, ən kiçiyi isə lap balacadır, hələ nə istədiyini bilmir, bilsə də, fikrini sözlə ifadə etməkdə acizdir, bir az bərkə düşən kimi ağlayıb: “Mən anamı istəyirəm, evimizə getmək istəyirəm”, - deyir.



williamgeraldgolding-secilmiseserleri.pdf [3,3 Mb] (Yüklənilib: 42)

Bölmə:
Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать