Vivo-Book

Artur Konan Doyl - Baskervillerin iti

166    0    
Artur Konan Doyl - Baskervillerin iti
Baskervillər iti (ing. The Hound of the Baskervilles) — Artur Konan Doylun Şerlok Holms haqqında əsərləri seriyasından detektiv povest. Povestin məzmunu macəra xarakterlidir.
Povest ilk dəfə 1901-ci ilin avqust ayından 1902-ci ilin aprel ayına kimi “Standart Magazine” aylıq jurnalında çap olunmuşdur.
Dünyada illər boyu dedektiv janrda mötəbər mövqe tutan Artur Konan Doylun “Baskervillərin iti” romanının süjet xəttini – varis Çarlz Baskervilin müəmmalı ölümü təşkil edir. Bu cinayət barədə, İngiltərənin Devonşir qraflığının Qrimpen kilsəsinin həkimi Ceyms Mortimer Şerlok Holmsa xəbər verir. Məşhur xəfiyyə Şerlok Holms və onun dostu, həm də köməkçisi, doktor Uotson bu qətl hadisəsini tədqiq edirlər. Hadisələr – 1889-cu ilin sentyabr-oktyabr aylarında baş verir…

Mister Şerlok Holms adəti üzrə yuxudan gec durmuşdu, masa arxasında oturub səhər yeməyini ye yirdi. Mən buxarının qabağında dayanıb, dünən bizə gələn adamın yadından çıxardığı əl ağacını nəzərdən keçirirdim. Ağacın əl tutan yerindən bir az aşağıda kiçik bir gümüş lövhəcik vurulmuşdu: Arxası mənə tərəf oturmuş Holms üzünü çevirmədən dilləndi:
– Hə, Uotson, bu əl ağacı haqqında nə fi kirdəsiniz? Dünən onun sahibi ilə söhbət etməyə vaxt olmadı.
– Məncə, bu adam həkimdir. Özü də kənd həkimidir. Yəqin ki, böyük hörmət sahibidir.
– Nədən belə düşünürsünüz?
– Bu cür əl ağacından, adətən, həkimlər istifadə edirlər. Ağacın ucuna vurulan dəmir lap yeyilmişdir. Deməli, bu adam piyada çox gəzir. Kənd həkimləri piyada çox gəzməli olurlar. Bir də ki, əgər dostları ona belə bir hədiyyə veriblərsə, deməli, ona hamı hörmət edir.



arturkonandoyl-baskervilleriniti.pdf [1,21 Mb] (Yüklənilib: 59)

Bölmə:
Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать