Vivo-Book

Artur Miller - Körpüdən mənzərə

155    0    
Artur Miller - Körpüdən mənzərə
Müəllif mühacir həyatının ağrı-acılarını yaşayan insanları Marko və Rodolfo qardaşlarının simasında ümumiləşdirir. Onlar iş tapmaq ümidi ilə İtaliyadan Amerikaya - qohumları Beatrisin evinə pənah aparırlar. Beatrisin iyrimi ildən artıq vətəndaş nikahında yaşadığı əri Eddi Karbone əvvəlcə qonaqları xoş üzlə qarşılayır və evində sığınacaq tapmaqlarına razı olur. Qardaşlar Emiqrasiya İdarəsindən xəbərsiz gəmidə işə düzəlir və qazanclarını evlərinə göndərirlər. Marko evlidir - üç övladı var. Rodolfo isə pulu olmadığından hələ evlənə bilməyib. Onların məqsədi Amerikada veyil həyat keçirmək yox, işləmək və bir müddətdən sonra vətənlərinə dönməkdir.

- Siz çox güman ki, heç fikir də vermədiniz, bu saat necə maraqlı bir hadisə baş verdi. Gördünüz mənimlə necə zorla salamlaşdılar? Hamısı ona görədir ki, mən vəkiləm. Bu məhəllədə vəkilə, bir də keşişə rast gəlmək həmişə pis əlamət sayılır. Biz hamının yadına yalnız fəlakət üz verəndə düşürük, onun üçün də hamı bizlə ehtiyatla dolanır. Hər dəfə onların ehtiyatlı salamını alanda , mənə elə gəlir ki, həmin ehtiyatın arxasında üç min illik tarixi olan etibarsızlıq gizlənir. Axı, vəkil – qanun deməkdir, buradakıların əcdadları isə Siciliyalı olduqlarından, heç vaxt qanunla yola getməyiblər.



arturmiller-korpudenmenzere.pdf [468,54 Kb] (Yüklənilib: 55)

Bölmə:
Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать