Vivo-Book
Sevimlilərim
» » Mensur Həllac və Sərrac Tusi

Mensur Həllac və Sərrac Tusi

104    0    
Mensur Həllac və Sərrac Tusi
İslam dünyasının məşhur sufilərindən olan Həllac Mənsur miladi tarixi ilə 848-ci ildə (hicri 244) İranın Bəyza şəhərində doğulmuşdur. Əsl adı Hüseyn ibn Mənsur, ləqəbi "Həllac"dır. Rəvayətə görə, ləqəbi bir həllacın (yun təmizləyənin) dükanında göstərdiyi kəramətlə əlaqədardır. Deyilənə görə, o, bir dəfə köhnə tanışı həllacın yanına gəlib və ona bir iş tapşırır. Həllac tapşırığı yubatmış və Mənsura işini vaxtında başa çatdıra bilməyəcəyindən şikayətlənmişdir. Mənsur isə ona kömək edəcəyini bildirərək, yunlara dərhal təmizlənməyi əmr etmişdir. Yunlar möcüzəvi şəkildə özbaşına təmizlənməyə başlayıblar. Bu barədə xəbər tezliklə bütün şəhərə yayılmış, bundan sonra o, "Həllac" adı ilə tanınmışdır. Digər rəvayətə görə isə, onun adı əcdadlarının həllaclıq sənətinə sahib olmaları ilə izah edilmişdir.
Təqdim olunan kitabda X əsrin iki görkəmli sufi mütəfəkkirinin – Mənsur Həllacın «Kitab ət-Təvasin» əsərinin və Sərrac Tusinin «əl-Lümə‘» traktatından hissələrin tərcüməsi verilmişdir.
Eyni zaman kəsiyində yaşasalar da, təsəvvüfün ayrı-ayrı qollarına və dövrlərinə mənsub olan iki şeyxin yaradıcılığına müraciət etməklə biz həm tə-səvvüfün zahiri fərqliliklərə baxmayaraq, vahid prinsiplərə əsaslanan sistemli bir təfəkkür forması olduğunu əyani şəkildə göstərməyə, həm də şərh xarakterli və hər kəs üçün nəzərdə tutulan «əl-Lümə‘» vasitəsilə rəmzi dillə yazılmış və yalnız seçilmişlər üçün aydın olan «Təvasin»ə bir açıqlama gətirməyə çalışmışıq.
Ərəb dilindən ilk dəfə Azərbaycan dilinə tərcümə edilən hər iki əsər təsəvvüfün mahiyyəti və fəlsəfəsi ilə tanış olmaq istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.



mensurhellacveserractusi.pdf [1,81 Mb] (Yüklənilib: 19)

Bölmə:
Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать