Vivo-Book
Sevimlilərim
» » Xalid Hüseyni - Və dağlardan səda gəldi

Xalid Hüseyni - Və dağlardan səda gəldi

153    0    
Xalid Hüseyni - Və dağlardan səda gəldi
Abdulla və bacısı Pəri 1952-ci ilin Əfqanıstanının Şadbag adlı kiçik bir kəndində ataları və ögey analarıyla birlikdə yaşayırlar. Ataları Sabur davamlı iş axtarmaqda, yoxsulluq və çətin qış şərtlərilə mübarizə aparmaqdadır.

Adı kimi gözəl və yaxşı xasiyyəti olan Pəri, qardaşı Abdullanın hər şeyidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda, hətta qurban getməyə hazırdır. Onun üçün etməyəcəyi heç bir şey yoxdur. Hətta qardaşı, Pərinin kolleksiyasına əlavə etmək istədiyi ən dəyərli lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməyə razıdır. Və gecələr bir tək çarpayını paylaşmaq məcburiyyətindədirlər.

Pəri və Abdulla, atalarıyla Kabil çölünə tərəf yola çıxanda onları gözləyən, həyatlarını bir-birindən qoparacaq taledən xəbərsizdirlər: Bəzən bir əli qurtarmaq üçün bir barmağından keçməlisən.

Nəsillərdən və qitələrdən keçərək bizi Kabildən başlayıb Paris, San-Fransisko və Tinosun Yunan adalarına tərəf səfərə çıxaran Xalid Hüseyni yeni romanında, həyatımız boyunca etdiyimiz seçimləri, ən yaxınlarımız tərəfindən məruz qaldığımız ümidsizlikləri, bizi təsvir edən və həyatımızı şəkilləndirən ölçüləri sonsuz müdriklik, mərhəmət hissi və həvəslə izah edir.


Müəlliflik hüquqları ilə əlaqədar olaraq kitabın elektron versiyası götürülmüşdür
Bölmə:
Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать