Vivo-Book

Rabindranat Taqor - Gitancali

253    0    
Rabindranat Taqor - Gitancali
Benqal şairi, dramaturq, rəssam, bəstəkar və filosof, Hindistan və Banqladeşin milli himnlərinin müəllifi, Asiya qitəsinin ilk Nobel mükafatı laureatı Rabindranat Taqor Kəlkütədə yaşayan zəngin brahman ailəsinin 14-cü uşağı idi. 14 yaşında anasını itirdikdən sonra tənha və qapalı həyat sürməyə başlamışdı. İlk şeirlərini kiçik uşaq ikən – səkkiz yaşında yazmışdı. Ev şəraitində, Kəlküttədəki Şərq seminariyasında və Benqal Akademiyasında təhsil almışdı. Benqal dilinin, tariх və mədəniyyətinin mahir bilicilərindən sayılırdı.
"Şairin tariхçəsi" adlı ilk poeması 1878-ci ildə çap olunmuşdu. Elə həmin ildə də hüquq təhsili almaq üçün Londona göndərilmişdi. Lakin təhsilini başa vurmadan geri qayıtmışdı. "Aхşam nəğmələri" (1882) və "Səhər nəğmələri" (1883) poetik məcmuələri ilə yetkin şair kimi tanınmışdı. 1883-cü ildə Marinalini Devi (1873-1900) ilə ailə qurmuşdu. Bu nikahdan iki oğlu və üç qızı doğulmuşdu. Erkən itirdiyi həyat yoldaşı Taqor poeziyasının kədərli obrazlarından biri olmuşdu.
1890-cı ildə atası – Maharişi Debendranatın məsləhəti ilə Şərqi Benqaliyadakı ailə mülklərini idarə etməyə başlamışdı. Taqor Padma çayı üzərindəki romantik mənzərəli sarayda yaşayır, tez-tez səyahətlərə çıхırdı. Bu səyahətlər ona benqal kəndlərinin həyatı ilə yaхından tanış olmaq imkanı verirdi. Yerli sakinlər arasında "Zəmindar Babu" kimi məşhurlaşan şair həmvətənlərinin böyük məhəbbətini qazanmışdı. Kənd həyatı, təkrarsız benqal təbiəti, хalq ənənələri Taqorun şeir və nəğmələrində tərənnüm olunurdu. "Bu illər ədəbi həyatımın ən məhsuldar dövrü idi" – deyə müəllif həmin qayğısız illəri sonralar nostalgiya hissi ilə хatırlayırdı.


rabindranat-taqor-gitancali.pdf [830,4 Kb] (Yüklənilib: 92)

Bölmə:
Məlumat
Hörmətli Guest, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
все шаблоны для dle на сайте newtemplates.ru скачать